​Kataloniya parlamentinin sədri məhkəməyə çağırıldı

İspaniya Ali Məhkəməsi Kataloniya parlamenti rəhbərliyinin 6 üzvünü, o cümlədən spiker Karme Forkadeli ifadələrinin alınması üçün çağırıb.
Muxalifet.az xəbər verir ki, onlar noyabrın 2-də və 3-də ifadə verməli və məhkəməyə vəkillərin müşayiəti ilə gəlməlidirlər.
Bu qərar prokurorluq regionun müstəqilliyinin elan edilməsində məsul olan parlament üzvlərinə qarşı iddia qaldırdıqdan sonra verilib. Onlar qiyamda, üsyanda və dövlət vəsaitinin israfında ittiham olunurlar.
Şübhəlilər ifadə vermək üçün məhkəməyə gəlməkdən boyun qaçırsalar, prokurorluq onların həbsində israr edəcək.