Kataloniya bu gün yekun QƏRAR VERƏCƏK

İspaniyanın Kataloniya muxtar vilayəti rəhbərliyinin bu gün müstəqillik elan edib-etməyəcəyi məlum olacaq.
Kataloniya parlamenti bugünkü iclasda məsələ ilə bağlı qərar verəcək.
Xatırladaq ki, oktyabrın 1-də İspaniyanın Kataloniya vilayətində bölgənin müstəqilliyi haqqında qanunsuz referendum keçirilib. Bununla belə, muxtar vilayət hələ müstəqilliyini elan etməyib.