Kaspersky Lab: “ABŞ-Rusiya arasındakı geopolitik oyunun qurbanı olduq”

 Rusiyanın kiber təhlükəsizlik şirkəti olan “Kaspersky Lab” Rusiya-ABŞ arasında gedən geopolitik mübarizəyə qurban getdiyini bəyan edib. Tramp administrasiyası “Kaspersky Lab”ı texnoloji ləvazimatları almaq üçün hökumət agentliklərinin istifadə etdikləri təsdiq olunmuş iki satış mərkəzi siyahısından çıxardıb. ABŞ hökuməti bu texnoloji avadanlıqlar sayəsində Kremlin ABŞ şəbəkələrinə daxil ola biləcəyini bildirib.
 
Musavat.com Reuters-ə istinadən xəbər verir ki, ABŞ kəşfiyyatçıları və qanunvericilərinin qənaətinə görə, bir neçə aydır, “Kaspersky Lab” şirkəti Rusiya kəşfiyyat agentlikləri ilə işləyir və ABŞ-a kiber hücumların edilməsi ilə əlaqəsi var.
ABŞ-ın Ümumi Servislər Administrasiyası siyahısından çıxarılması şirkətin əleyhinə icra olunan ən konkret addımdır. “Belə bir qərarın verilməsi ABŞ hökumət sistemlərinin və şəbəkələrinin təhlükəsizliyi və bütünlüyünü qorumaq üçündür” – bəyənatda qeyd edilib.
“Kaspersky antivirus” proqramı ABŞ-da və dünyada çox məşhurdur. Şirkət neçə illərdir ki, kiber təhlükəsizliyi bazarında liderliyini qoruyur.
“Kaspersky Lab”ın hökumətlə heç bir əlaqəsi yoxdur və kiber casusluğunu heç bir zaman etməyib və etməyəcək. İndi isə ABŞ-Rusiya geopolitik oyununun ortasında hər iki tərəfin istifadə etmək istədiyi piyadaya çevrilib” – rəhbərlik bəyan edib.
Şirkət rəhbərliyi bəyan edib ki, ABŞ rəsmilərinin istənilən suallarına cavab verməyə hazırdır.