Kaşıkçını öldürən 15 nəfərlik sui qəsd qrupunu VƏLİƏHD ŞAHZADƏNİN OFİS MÜDİRİ TƏŞKİL EDİB

Baxış sayı:
262

Səudiyyə rəsmiləri, Qaşıqçının qətlindən sonra vəzifədən alınan Kəşfiyyat qurumunun sədr müavini Əhməd Asiri ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Məlumata görə, İstanbula gələn 15 nəfərlik sui qəsd qrupunu Asiri yaradıb. Ancaq Səudiyyə, sui qəsd qrupunun vəzifəsinin yalnız məşhur jurnalistin ölkəsinə qayıtmağa inandırmaq olduğunu iddia edib.
 
Jurnalist Camal Qaşıqçı-nın Səudiyyə Ərəbistanının İstanbul baş konsulluğunda öldürüldüyünü qəbul etmək məcburiyyətində qalan Kral Salman bin Abdulaziz, yüksək səviyyəli 5 nəfəri də vəzifədən götürdü. Vəzifədən alınan şəxslərin arasında vəliəhd şahzadə Məhəmməd bin Salmana ən yaxın şəxslərdən ibarət olması nəzərlərdən qaçmadı. Vəliəhdə yaxın şəxslər vəzifədən çıxarılanda, şahzadə bin Salmana toxunulmaması isə "onun günahsız olduğu” hissini formalaşdırmaq məqsədi daşıdığı bildirilir.
Vəzifədən çıxarılanlardan ikisi Ərəb ölkələri ictimaiyyətində ən çox önə çıxan şəxslər arasında yer alır. Bunlardan biri vəliəhd şahzadənin ən yaxınındakı məsləhətçilərindən biri olan Kral Divanının müşaviri Səud bin Abdulla el-Kahtani, digəri də Yəməndə Husilərə qarşı aparılan əməliyyatların sözçülüyünü edən Kəşfiyyat qurumunun sədr müavini general-mayor Əhməd Asiridir.
 Bu arada Qaşıqçı cinayətində gözlərin çevrildiyi vəliəhd şahzadə bin Salman isə işdən azad etmək bir yana, ölkədəki kəşfiyyat qurumunun yenidən qurulması üçün yaradılan komitənin sədrliyinə gətirildi.
Müxalifət.az