​Karlovun qətlinə görə prodüsser HƏBS OLUNDU

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsi ilə əlaqədar olaraq TRT Avaz telekanalının keçmiş prodüsseri həbs olunub.
Muxalifət.az xəbər verir ki, həbs olunan keçmiş prodüsser sorğunun keçirildiyi Ankaranın məhkəmə binasına aparılıb. O, diplomatın öldürülməsini təşkil etməkdə ittiham olunub və məhkəmə şübhəlinin həbs edilməsinə qərar verib.
Qeyd edək ki, Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada sərgisinin açılışında çıxış edərkən öldürülüb.