​Karl Marksın heykəlinə hücum: Başdaşı sındırıldı

Baxış sayı:
14614

Filosof, iqtisadçı və sosialist inqilabı nəzəriyyəsinin banisi Karl Marksın Londonun “Hayqeyt” qəbiristanlığındakı məzarına vandal hücumu olub.
Muxalifet.az xəbər verir ki, vandallar Marksın məzarı üzərindəki başdaşını çəkiclə qırıb, həmçinin onun üzərindəki yazıları siliblər. Qəbiristanlıq müdiriyyətindən bildiriblər ki, məzarın başdaşını bərpa etmək çətindir və yaxın aylarda bu mümkün olmayacaq.
“Hayqeyt” qəbiristanlığının idarəçisi İan Dangevel deyib ki, Marksın məzarına bir neçə dəfə bu cür hücumlar olub. Onlardan ən pisi 1970-ci ildə məzarın yaxınlığına bomba yerləşdirilməsi ilə bağlı insidentdir.
“Son illərdə də başdaşının üzərindən Marksın başı olan heykəlin qoparılması və onun rənglənməsi cəhdləri göstərilib. Son insident daha məyusedicidir. Çünki məzarın üzərindəki ağ mərmər lövhə oğurlanıb. Bu əməlləri törədənlər çox sərsəm adamlardır”, -deyə Dangevel əlavə edib.