​Karib dənizində QƏZA - Qayığın sərnişinləri dənizə töküldü

Karib dənizində Haitidən olan miqrantları daşıyan qayıq qəzaya uğrayıb.
Qayığın aşması nəticəsində 40-dan çox adam itkin düşüb.
Hadisə zamanı qayıqda 50-yə yaxın miqrantın olduğu bildirilir.
Son məlumata görə, hələlik 7 nəfəri xilas etmək mümkün olub. Onlardan 3 nəfəri xəstəxanaya yerləşdirilib.
Hazırda dənizdə qərq olanların axtarışları davam edir.