Kardaşyanla əri prezidentə verdikləri hədiyyə ilə gündəm oldular - Fotolar

Baxış sayı:
793

Amerikalı TV ulduzu Kim Kardaşyanla reper əri Kanye Uest Afrika səyahətinə çıxıblar.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Uqandanın prezidenti Yoveri Musəveni ilə görüşən cütlük sosial şəbəkənin dilinə düşüb. Ziyarət zamanı turizm məsələlərindən danışan Kardaşyanla Uest 72 yaşlı dövlət başçısına idman ayaqqabısı hədiyyə ediblər. Üstəlik, ayaqqabı Kanyenin öz markasından olub və cütlük onu imzalayaraq prezidentə təqdim edib. 

Qeyd edək ki, Kimlə Kanye yeni albom hazırlığını da Uqandada davam etdirirlər.