​Karateçilərimizdən möhtəşəm uğur

Baxış sayı:
2143

Azərbaycan idmançıları Dubayda keçirilən “Karate-1 Premyer Liqa” turnirində bir qızıl və iki bürünc medal qazanıblar.
Muxalifet.az xəbər verir ki, mötəbər turnirdə 75 kiloqram çəki dərəcəsində çıxış edən Rafael Ağayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub.
Milli komandamızın digər üzvləri Ayxan Mamayev (84 kq) və Nuranə Əliyeva (50 kq) isə bürünc medalla kifayətləniblər.
“Karate-1 Premyer Liqa” turnirində 70-dən çox ölkədən 600-dən artıq idmançı mübarizə aparıb.