​Karapetyan siyasi qüvvələrə müraciət etdi – BƏYANAT

Baxış sayı:
6136

Ermənistanın Baş nazirini yalnız parlamentdə seçmək olar.
Muxalifət.az xəbər verir ki, bu sözlər Karen Karapetyanın ölkədəki hazırkı gərginliklə bağlı yaydığı bəyanatında əksini tapıb.
“Bütün siyasi qüvvələrə iradə, qətiyyət və çeviklik nümayiş etdirmək, danışıqlar masasına əyləşmək barədə çağırış edirəm. Nə qədər çətin görünsə də, biz hamımız siyasi böhranı aradan qaldırmaq üçün sivil və praktik həllərin lazım olduğunu anlayırıq. Baş naziri Konstitusiya yolu ilə yalnız parlamentdə seçmək olar. Nəzəriyyə və təcrübədə digər həll yolu yoxdur. Əminəm ki, ümumi qüvvə ilə bizim ölkəmiz bu sınağın öhdəsindən gələcək”, - bəyanatda bildirilib.