Karantin rejimini pozan kafe aşkar edildi - ŞƏKİDƏ

Baxış sayı:
575

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Muxalifet.az-a verilən məlumata görə, Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman şəhərin Bağbanlar küçəsində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkar edilib və qaydalara əsasən fəaliyyəti dayandırılıb. Həmin kafeni işlədən şəxs barəsində  İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər karantin rejimi müddətində  davam etdiriləcək.