Karantinə görə evlənə bilməyən cütlük avtomobildə toy etdi - FOTO

Baxış sayı:
1933

Türkiyənin Kayseri şəhərində karantin rejiminə görə evlənə bilməyən cütlük maraqlı vasitəyə əl atıb.
Haberler.com xəbər verir ki, Kamal Kayğın və Kübra Emiroğlu toya gələn qonaqları avtomobildə qəbul ediblər.
Bunun üçün onlar şəhər valiliyindən icazə alıblar.
Açıq havada keçirilən mərasimdə rəqs edərək əylənən cütlüyü qonaqlar öz maşınlarından izləyiblər./Unikal.org