​Kanslerdən ABŞ-a cavab: Rusiya ilə danışmaq lazımdır

Baxış sayı:
6199

Rusiyanın İNF razılaşmasını pozduğu bizə məlumdur.
Muxalifet.az xəbər verir ki, bu sözləri Almaniya kansleri Angela Merkel ABŞ-ın bu razılaşmadan çıxması ilə bağlı qərarını şərh edərkən deyib.
“Rusiya ilə də danışmaq lazımdır. Biz – Almaniya tərəfi olaraq bu 6 ay ərzində görüşlər keçirilməsi üçün əlimizdən gələni edəcəyik”, - deyə kansler bildirib.
Qeyd edək ki, M.Pompeo ölkəsinin İNF ilə bağlı öhdəliklərindən sabah imtina edəcəyini və yaxın 6 ay ərzində müqavilənin tamamilə ləğv ediləcəyini bildirmişdi.