"Kandil-Sincar” terror bağı qoparıldı – Polkovnikdən açıqlama

Baxış sayı:
1012

Türkiyənin təqaüddə olan polkovniki İbrahim Keleş Türk Silahlı Qüvvələrinin (TSQ) Şimali İraqda keçirdiyi “Pəncə” əməliyyatına münasibət bildirib.
 
Polkovniki Keleş-in fikrincə, "Pəncə” hərəkatı Türkiyənin İraqın şimalındakı yuvanmış olan terror təşkilatlarının gələcəkdə ola biləcək Şərqi Fərat əməliyyatına əngəl törədə biləcəkləri düşüncəsiylə, əvvəl İraqın şimalındakı bataqlığı qurutmaq və Kandil ilə ikinci Kandil sayılan Sincar bölgəsi arasındakı əlaqəni kəsmək və orada bir ərazi hakimiyyəti yaratmaq məqsədi güdür. O bölgədə İkinci Körfəz hərəkatından sonra PKK-nın o bölgələrə yerləşməsi, Amerikanın təmin etdiyi dəstək səbəbiylə oralarda bir çox düşərgələri var. Silahlı qüvvələrimiz də o düşərgələrə quru hərəkatı etsə də, belə uzun müddət o nahiyələrdə qalınmırdı. Sahə hakimiyyətini təmin etmək üçün qüvvələr yaradılması lazım idi. O bir çatışmamazlıq idi, amma indi gördüyümüz kimi, “Pəncə” Hərəkatı ilə birlikdə, sahə hakimiyyəti təmin edilmiş oldu. Bunun sayəsində oradakı terrorun təkhakimiyyətliliyini də da qırmış olur. Hamısından əhəmiyyətlisi də Türkiyədə bitmə nöqtəsinə gələn terror təşkilatını İraqın şimalında da bitirmə məqsədi daşıyır".
Müxalifət.az