Kanalda boğulan gəncin qohumları Bakı-Qazax yolunu bağladılar - FOTOLAR

Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb.
 
Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb.
Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib.
Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: "Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!"
Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib.