​Kanalda batan 23 yaşlı gəncin cəsədi tapıldı

Baxış sayı:
11389

Neftçala rayonunun Aşağı Surra kəndində kanalda batmış 1995-ci il təvəllüdlü Dadaşov Cavanşir Cümşüd oğlunun cəsədi tapılıb.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən C.Dadaşovun cəsədi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib.