Kanadalı xanımı zorlayan iki polis tutuldu - 7 il həbs, 20 min avro cərimə... / FOTO

Baxış sayı:
1882

Bu günlərdə Fransaya şok yaşadan olayın təfərrüatı barədə yazmışdıq. Kanadadan Parisə gələn Emily Spantonun başına gələn macəralar yenidən Qərb medasının mərkəzindədir. Atası Toronto şəhərində polis bölməsinin rəhbərlərindən biri olmuş xanım Emily polislərə uşaqlıqdan inam ruhunda böyüdülüb. Elə bu səbəbdən də kanadalı xanım fransalı polislərin qəfil təklifinə etiraz etməyib. 

Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, hadisə Parisdəki irland barların birində baş verib. Sərxoş olan qadın iki yerli polislə eyni masanı bölüşüb. Onlar birgə xeyli əyləniblər. Sonda polislərdən təklif gəlib: "Gəlin sizi yaxınlıqda yerləşən Polis İdarəsinə aparaq. Biz də o idarədə işləyirik." 

Xanim Polis İdarəsinin Mərkəzi Ofisinin 5-ci mərtəbəsinə qalxır. 461 nömrəli otağa daxil olur: "Orada həyatımın ən dəhşətli gecəsini yaşadım".

 

Hadisə 2014-cü il aprelin 23-də sübh çağları baş verib. 80 dəqiqə ərzində 3 polis onu zorlayıb. 39 yaşlı xanım məhkəmədə bildirib ki, ona ən azı iki polis təcavüz edib. 49 yaşlı polis mayoru Nicolas və 40 yaşlı kapitan Antoine isə kanadalı xanımın iddiasın rədd edib. Üçüncü polisin kimlıiyi isə bəlli deyil. Kimliyi bəlli olanlar isə deyiblər ki, xanım Spontan özü sekslə məşğul olmağa razılıq verib.

Fransızlara şok yaşadan odur ki, söhbət sadəcə polislərin qrup halında bir qadını zorlamasından getmir. Bu hadisə bütövlükdə Fransa polisinin imicinə öldürücü zərbə kimi dəyərləndirilir.

Məşhur Komissar Miqre filmi çəkilmiş binada yaşanan olaylarla bağlı axır ki, məhkəmə qərar verib. Polislərin hər biri 7 il həbsə məhkum edilib.

Bundan başqa, onların hər biri kanadalı xanıma 20 min avro pul ödəməlidir.