​Kanadalı xanım muğamı elə ifa etdi ki... - VİDEO

Baxış sayı:
796

Kanadalı gənc xanım Polina Dessiatniçenko tarda klassik muğama aid olan “Nəva”nı ifa edib.
Muxalifet.az A24.Az-a istinaden xəbər verir ki, əcnəbi xanımın ifası tamaşaçıları heyrətləndirib. Polina Dessiatniçenko əslən ukraynalıdr. Uşaq yaşlarında ailəsi ilə birlikdə Kanadaya köçdüyünə görə hazırda bu ölkədə yaşayır. Toronto Universitetinin doktorantıdır. Etnomusiqişünaslıq kafedrasında muğam fəlsəfəsi haqqında dissertasiya yazır. İki il öncə universitetdə Azərbaycan muğamını öyrənmək və tədqiq etmək üçün aldığı mükafat sayəsində ölkəmizə gəlib burada tədqiqatlar aparmış və təhsil almışdır.