Kanadadan “Venesuela” açıqlaması: “Hərbi müdaxilə üçün çox tezdir”

Baxış sayı:
8689

 Kanadanın müdafiə naziri Harjit Sajjan rəsmi yayım orqanı CBC-yə etdiyi açıqlamada, Venesuelanı bürüyən siyasi böhrana qarşı hərbi müdaxilə haqda düşünməyin çox erkən olduğunu deyib.
 
Sajjan, "Hər hansı bir hərbi müdaxilə ilə bağlı bir mübahisə etməyin çox erkən olduğunu düşünürəm. Diplomatik sahədəki səyləri qəbul etməklə mütəxəssislərin irəliləyişinə imkan verməliyik" deyib.
Hələlik diplomatik həll yollarına diqqət yetirilməsi lazım olduğunu bildirən Sajjan, "Hökumətlər arasında sülhə bir keçidin baş verdiyindən əmin olmaq üçün görülməsi lazım olan çox iş olduğunu düşünürəm. Bu yolların tapılmasına ehtiyac görürəm, çünki hərbi müdaxilə üçün çox tezdir" deyə söyləyib.
 
KANADANIN BAŞ NAZİRİ GUAİDO İLƏ TELEFONLA DANIŞIB
 
 KanadaNnın baş naziri Justin Trudeau-nun özünü Venesuelanın müvəqqəti prezident elan edən Milli Məclisin ədri Xuan Guaido ilə telefon danışığı apardığı bildirilib.
 Kanada Baş Nazirliyinin ofisindən, "İki lider Maduro rejiminin legitimliyi və Venesuela Konstitusiyasına hörmət göstərilməsi lazım olduğu barədə aydın mesaj göndərərək beynəlxalq birliyin əhəmiyyətini müzakirə edib. Hər ikisi də azad və ədalətli prezident seçkilərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Baş nazir Trudeau Xuan Guaidoya Kanadanın davamlı dəstəyini bildirib. Xuan Guaido da Venesuela Konstitusiyasına uyğun olaraq demokratiyaya dinc keçid öhdəliyini bəyan edib" deyə bildiriblər.
 
LİMA QRUPU KANADADA TOPLAŞIR
 
 Venesuela böhranında Maduroya qarşı yaranan Lima Qrupu ölkələrinin nümayəndələri bu gün Kanadanın paytaxtı Ottavada bir araya gəlir.
Kanadanın xarici işlər naziri Çrystia Freelandin ev sahibliyində keçiriləcək Lima Qrupu 10-ci Nazirlər Toplantısında Latın Amerikası və Karib ölkələrindən nazir və ya nümayəndələri iştirak edəcək.
Qeyd edək ki, Kanada ABŞ prezidenti Donald Trampın Məclis sədri Xuan Guaidonu dövlət başçısı kimi tanıdığını açıqlamasından sonra Guaidoya dəstəyini səsləndirmişdi.
Müxalifət.az