​Kanadada yük qatarı relsdən çıxdı: Təhlükəli maddələr...

Baxış sayı:
12757

Kanadanın Kvebek əyalətində yerləşən Monreal şəhərinin şərqində bir neçə vaqonunda təhlükəli maddələr daşıyan yük qatarı relsdən çıxıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Kanada Milli Dəmir Yolları İdarəsinin rəsmi nümayəndəsi məlumat verib.
Qəza nəticəsində yük qatarının 10 vaqonu relsdən çıxıb, lakin təhlükəli maddələrin sızmasının qarşısını almaq mümkün olub.
Hazırda hadisənin baş verdiyi ərazidə mütəxəssislər fəaliyyət göstərir. Hələlik insidentin səbəbləri barədə məlumat verilmir.