Kanada Ukraynaya ciddi SİLAH YARDIMI edəcək

Baxış sayı:
10915

Kanada Ukraynaya snayper silahlarının yeni partiyasını tədarük etməyə hazırlaşır, deyə Ukrayna XİN nazirmüavini Vasili Bodnar Ukrainforma məlumat verib. Muxaifet.az bu barədə inosmi.ru-ya istinadla xəbər verir. “İndi biz snayperlərin tədarükünü nəzərdə tutan sənədlərin yekunlaşdırılması mərhələsindəyik. Ümid edirik ki, tezliklə bu silahlar Ukraynada olacaq”, məmur bildirib. Onun fikrinə görə, “bu əməkdaşlıq spektrinin genişləndirilməsinə xidmət edəcək”. “Biz həmçinin müdafiə nazirlikləri səviyyəsində xüsusi konsultasiya mexanizminin bazasının yaradılmasını da müzakirə edirik. Belə ki, Ukrayna ordusunun ehtiyacı olan şeylər barədə informasiya mübadiləsi silahla təminatın bu meyarlara görə ödənilməsinin effektini atıra bilər. Ümid edirik ki, bu cür görüş noyabrın sonuna baş tutacaq”, - deyə diplomat qeyd edib. Muxalifet.az