Kanada da Səudiyyəyə sanksiya tətbiq edəcək

Baxış sayı:
193

Kanadanın xarici işlər naziri Chrystia Freeland, Amerikanın Səudiyyə jurnalisti Camal Qaşıqçı-nın ötən ay öldürülməsi hadisəsinə qarışan 17 Səudiyyə nümayəndələrinə edilən maliyyə sanksiyalarını dəstəklədiyini, Kanadanın da analoji sanksiyanı dəyərləndirdiyini bildirib.
 
Amerika Xəzinə Nazirliyindən verilən açıqlamada isə sanksiyaların Ər-Riyad hökumətinə deyil, Səudiyyə kimliyinə sahib olanlara qarşı olduğunu bildirib. Sanksiyalar isə Amerika maliyyə sisteminə girişdə məhdudiyyətlər və fərdi varlıqların dondurulması olaraq açıqlanıb.
Kanadanın baş naziri Justin Trudeau da işlənən cinayətlə bağlı "nəticələri olacaq" deyərək Ottavanın da Səudiyyə Ərəbistanına silah satış icazəsini gözdən keçirdiyini ifadə edib.
Müxalifətçi tənqidçilər və insan hakalrı qrupları isə, “Trudeau insan haqlarını dəstəkləməkdə ciddiysə, Kanadada “Amerikan General Dynamic”-in istehsal etdiyi zirehli maşınların 13 milyard dollarlıq müqaviləsini ləğv etməlidir” deyə bildiriblər.
Müxalifət.az