​Kamran Ağayevlə Qurban Qurbanov arasında problem olub?

Baxış sayı:
2509

Çoxları elə bilir ki, mənim Qurban Qurbanovla aramda problem var, amma bu, belə deyil.
Muxalifet.az sportal.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın və “Keşlə”nin qapıçısı Kamran Ağayev deyib. 32 yaşlı qolkiper milli komandamızın baş məşqçisi Qurban Qurbanovun postundan getməsinə münasibət bildirib:
“Onunla münasibətim indi də yaxşıdır. O, futbolda mənə ilk güvənənlərdən olub, kapitanlıq bazubəndini verib. Qurban Qurbanovun sayəsində ikinci dəfə karyeramı bərpa etmişəm. Futbolu bilən yeganə insan Qurbanov idi, o da getdi”.
Qeyd edək ki, Kamran Ağayev yığmamızın Farer adaları ilə oyununda zədə alıb və Kosovo səfərinə öz istəyi ilə yollanmayıb. Təcrübəli qolkiper bu hərəkətinə görə tənqidlərə məruz qalıb.