​Kamran Ağayev "qara siyahı"ya düşdü

Millimizin və "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevin Çexiyada işləri qaydasında getmir.
Muxalifet.az goal.az-a istinadən xəbər verir ki, qapıçımız çempionatının 13-cü turunda "Ostrava" ilə səfər matçında qırmızı vərəqə almaqla diqqəti pis mənada üzərinə çəkmişdi Start heyətdə oyuna başlayan Kamran qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və referi tərəfindən meydandan qovulmuşdu. Kamran intizamsızlığa görə komandanın baş məşqçisi Duşan Uhrinin "qara siyahı"sına düşüb. Çexiya mətbuatı baş məşqçinin Kamran Ağayevi əfv etməyəcəyini qeyd edib. Yeni şans verilməsi çətin görünən qolkiperin Azərbaycana gələcəyi gözlənilir. Ağayevin "Mlada"dan ayrılaraq Topaz Premyer Liqasında çıxış edən "Keşlə"yə keçəcəyi variantlar arasındadır. 31 yaşlı qapıçı yay transfer dönəmində "Boavista"dan ayrılaraq "Mlada"ya keçmişdi. Onun Çexiya klubu  ilə müqaviləsi mövsümün sonunda başa çatır.