Kamran Ağayevə CƏZA VERİLDİ

Çexiya Futbol Federasiyasının İntizam Komitəsi "Mlada Boleslav"ın qapıçısı Kamran Ağayevi cəzalandırıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda "Ostrava" ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Beləliklə, Kamran 14-cü turda "Bohemians"la matçı buraxacaq.
Qeyd edək ki, "Ostrava" ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.