​Kamran Ağayev baş məşqçinin QƏZƏBİNƏ TUŞ GƏLDİ

Millimizin və “Mlada Boleslav”ın qapıçısı Kamran Ağayevin Çexiya çempionatının 13-cü turunda “Ostrava” ilə səfər matçında qırmızı vərəqə almaqla qalmaqala səbəb olmuşdu.
Start heyətdə oyuna başlayan Kamran qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılıb. Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və referi tərəfindən meydandan qovulmuşdu.
Kamran intizamsızlığa görə əsas heyətə qayıtmaya bilər. Mövsümün ilk turlarında kobud səhvdən sonra qapısında qol görən qolkiper bir neçə oyun buraxdıqdan sonra komandanın baş məşqçisi Duşan Uhrin tərəfindən yenidən əsas heyətə qaytarılmışdı. Lakin bu dəfə etdiyi lazımsız hərəkət baş məşqçini qəzəbləndirib. "Əlcək sahibi" bu dəfə çalışdırıcının "qara siyahı"sına düşüb. Çexiya mətbuatı baş məşqçinin Kamran Ağayevi əfv etməyəcəyini qeyd edib.
Geridə qalan turlarda 17 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 8-ci pillədə qərarlaşıb./“Qafqazinfo”/