Kamil Zeynallı yolda əlbəyaxa davaya çıxdı – VİDEO

Baxış sayı:
7118

Abşeron rayonu ərazisində fitnes təlimatçısı Kamil Zeynallı dava salıb.

İyunun 16-da Qobu qəsəbəsində olarkən Kamil Zeynallı bir vətəndaşla dalaşıb.

Mübahisə sonradan əlbəyaxa davaya çevrilib.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, hazırda hadisə ilə bağlı araşdırma aparılır./Baku.ws/