​Kamikadzelərin Rusiyada prezident seçkisi ilə bağlı hücum planı İFŞA EDİLDİ

Baxış sayı:
3942

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Moskva regionunda genişmiqyaslı terror aktları həyata keçirməyi planlaşdıran kamikadzelər qrupunu zərərsizləşdirib.
Muxalifət.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu haqda Milli terrorçuluğa qarşı komitənin sədri Aleksandr Bortnikov bildirib.
Onun sözlərinə görə, terror aktlarının Yeni il və prezident seçkiləri (2018-ci ilin martında – red.) ərəfəsində həyata keçirilməsi planlaşdırılırdı. Bortnikov qeyd edib ki, qrupun tərkibinə Mərkəzi Asiyadan gəlmələr daxil idi.
Terrorçulardan əldəqayırma partlayıcı qurğular, həmçinin odlu silah-sursatlar götürülüb. FTX həmçinin terror aktlarında istifadə ediləcək vasitələrinin istehsalı üzrə laboratoriyanı məhv edib.