​Kamikadze özünü partlatdı - 41 ÖLÜ, 60 YARALI

Yəmənin  əl-Mukalla şəhərində polis məntəqəsi yaxınlığında terrorçu-kamikadze özünü partladıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə,  hadisə nəticəsində 41 nəfər ölüb, 60 nəfər yaralanıb.
Partlayışa görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.