​Kamikadze məktəbin yaxınlığında özünü partlatdı – ÖLƏNLƏR VAR

Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir
 
İraqda partlayış törədilib.
"TASS" xəbər verir ki, bu barədə "Əs Sumariyyə" telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə Anbar vilayətinin Hit şəhərində, məktəbin yanında baş verib. Belə ki, şəhərin mərkəzində kamikadzenin bədəninə bağladığı partlayıcı qurğunu işə salması nəticəsində bir neçə nəfər ölüb, daha bir neçə nəfər isə yaralanıb.
Hələlik ölənlərin və yaralananların sayı barəsində məlumat verilmir(report).