“KamAZ” qadının üzərindən keçdi- ​SAMUXDA

Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən verilən məlumatına görə, dünən saat 12 radələrində Samux rayonunun Qarayeri qəsəbəsi ərazisində qəsəbə sakini Fərid Hüseynov idarə etdiyi “KamAZ” markalı avtomobillə yolu keçən həmyerlisi Kübra Bayramovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
Samux RPŞ tərəfindən araşdırma aparılır.