​Kamal Kılıcdaroğlunun ən yaxın adamı öldürüldü - FOTO

Baxış sayı:
7648

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıcdaroğlunun ən yaxın silahdaşı iş başında öldürülüb. 
Türkiyə KİV-ri xəbər verir ki, CHP-nin Qaziantepə Oğuzeli üzrə rəhbəri İlhan Keskinsoy iş yerində öldürülüb. Qaziantep valiliyi partiyanın rayon şöbəsinin rəhbərinin ölümü ilə bağlı da açıqlama yayıb. Açıqlamada bildirilib ki, İlhan Keskinsoy iş yerində İ.K. adlı biznes ortağı ilə ticarət alış-verişinə görə mübahisə edib. Bundan sonra  İ.K. adlı şəxs İlhan Keskinsoy öldürüb. 
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb./Unikal