​Kamal Abdulla saytları məhkəməyə verir - “Onlardan alınan vəsait...”

Baxış sayı:
10876

Akademik Kamal Abdulla bəzi saytları məhkəməyə verib, maddi təzminat tələb edəcək.
Muxalifet.az xəbər verir ki, bu barədə qərar K.Abdullanın rəhbərlik etdiyi Azərbaycan Dillər Universitetinin Elmi Şurasının bu gün keçirilən iclasında qəbul edilib. Rektor çıxışında bildirib ki, çox böyük islahatlar aparıldığı bir dönəmdə müxtəlif mətbuat orqanlarında ali təhsil ocağının rəhbərliyi və kollektivini hədəf alan böhtan xarakterli yazılarla tez-tez rast gəlinir və bunun qarşısını almaq üçün ölçü götürməyin vaxtı çatıb. 
İclasda söz alan Elmi Şuranın üzvləri, o cümlədən ali məktəbin professor müəllim heyəti heç bir əsası olmayan ittihamların onların nüfuzuna xələl gətirdiyini, peşəkar fəaliyyətlərini gözdən saldığını qeyd ediblər. Müzakirələrdən sonra qərara alınıb ki, Azərbaycan Dillər Universiteti ilə bağlı yazılan böhtan xarakterli materiallar yer alarsa, həmin şəxslər və saytlar haqqında Mətbuat Şurasına, o cümlədən məhkəməyə müraciət ediləcək: "Əlbəttə ki, nəticə universitetin xeyrinə həll olunacaq və əldə olunan vəsait tələbələrə veriləcək”.