Kamal Abdulla ADU-ya rektor gəldi, Əfqan Abdullayev hara getdi...

Dünən prezident İlham Əliyev  Prezident Administrasiyasının strukturunda dəyişikliklər edib. Bu dəyişiklik nəticəsində Prezident Adminstrasiyasında müşavirlik institutu, o cümlədən Kamal Abdullayevin tutduğu vəzifə ləğv olunub.
 
Prezident İlham Əliyevin digər sərəncamına əsasən  Kamal Abdulla Azərbaycan Dillər Universitetinin rektoru təyin edilib.
Qeyd edək ki, bu təyinatadək müddət əvvəl Azərbaycan Dillər Universitetinin rektor əvəzi vəzifəsini Əfqan Abdullayev icra edirdi.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Şəfaqət Kazımova  Modern.az-a açıqlamasında deyib ki, Əfqan Abdullayev yenə də ADU-da fəaliyyətini davam etdirir.
“Professor Əfqan Abdullayev Azərbaycan Dillər Universitetinin Tədris işləri üzrə prorektorudur və hazırda vəzifəsini icra edir”.