Kalininqradda pələng zooparkın qadın əməkdaşına hücum edib

Rusiyanın Kalininqrad şəhərində pələng zooparkın qadın əməkdaşına hücum edib. O, xəstəxanaya yerləşdirilib.
 
Bu barədə TASS-a heyvanat parkının mətbuat xidmətindən məlumat verilib.
"Biz məlumatı təsdiq edirik. Hadisə zooparkın yırtıcı və kürəkayaqlılar şöbəsində heyvan baxıcısının başına gəlib. O, hazırda xəstəxanada şok vəziyyətindədir", - deyə məlumatda bildirilir.