​Kadırovdan həbs edilən futbolçulara gözlənilməz təklif

Baxış sayı:
1897

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov hazırda həbsdə olan futbolçular Aleksandr Kokorin və Pavel Mamayevi “Axmat” futbol klubuna götürməyə hazır olduğunu bəyan edib.
Muxalifet.az yerli KİV-ə istinadən bildirir ki, Kadırov futbolçuların cinayət işinin necə yekunlaşacağının qərarına təsir etməyəcəyini bildirib.
“Mən “Axmat” klubunun rəhbərliyi ilə məsləhətləşdim. Kokorin və Mamayev azadlığa çıxacaqları gün - istər bu gün, istər də xeyli vaxt sonra komandamıza gələ bilərlər. Onlardan ulduz oyun və qollar gözləmirik. Məqsədimiz gənclərin normal həyata dönməsinə kömək etməkdir”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Kokorin və Mamayev etdiklərə hərəkətə görə 2 aylıq həbs cəzasına məruz qalıblar.