Kadırovdan azərbaycanlı-çeçen insidenti ilə bağlı göstəriş

Baxış sayı:
10729

Çeçenistan lideri Ramzan Kadırov Moskvada, “Neolit” restoranında azərbaycanlılarla çeçenlər arasında baş verən insidentlə bağlı göstəriş verib.
Muxalifet.az xəbər verir ki, bu barədə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Real TV-yə açıqlamasında deyib. Səfir bildirib ki, R.Kadırov hazırda ölkədə yoxdur, xaricdə səfərdədir, buna baxmayaraq, hadisə badərə məlumat alan kimi Çeçenistanın Moskvadakı daimi nümayəndəsinə göstəriş verib:
“Həmin daimi nümayəndə ilə biz mütəmadi əlaqədəyik, tez-tez telefonla danışırıq. Çeçenistan nümayəndəliyi də öz tərəflərindən söhbətlər aparır və hamını sakitliyə çağırır”.
P.Bülbüloğlu Azərbaycan mediasına bu məsələdə tutduğu düzgün mövqeyə görə təşəkkür edib.
Səfir bir daha guya məlum insidentdən sonra bir neçə nəfərin qətlə yetirilməsi barədə yayılan məlumatları təkzib edib və yalanlara inanmamağa çağırıb.