Kadırov padşah dediyi Putinlə söhbətinin təfərrüatını açıqladı - VİDEO

Baxış sayı:
11845

Çeçenistanın başçısı Ramzan Kadırov atası Əhməd Kadırovun öldürülməsindən sonra Rusiya Prezidenti Vladimir Putinlə baş tutmuş söhbətin təfərrüatını açıqlayıb.

R.Kadırov bu barədə İordaniyadan gəlmiş çeçen köçkünlərin övladları ilə görüşü zamanı məlumat verib.

Onun sözlərinə görə, V.Putinlə görüşdə 12 çeçen iştirak edib.

“Onların hamısı padşaha (Rusiya Prezidenti – red.) nə dediyimi bilir” , - Çeçenistanın başçısı deyib.

R.Kadırov qeyd edib ki, onun mövqeyi respublikada hərbi əməliyyatları başa çatdırmaqdan ibarət olub:

“Dağıdılmış Çeçenistanı bərpa etmək imkanı mənə veriləcəyi və İslama qarşı çıxılmayacağı təqdirdə, Rusiya ilə birlikdə olmağa hazır idim. Mən bu cür razılaşmadan sonra işə çıxmışam”.