​Kadırov: “O, Rusiyanın düşmənlərinin qurbanı oldu”

Baxış sayı:
4441

“Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal Rusiyanın düşmənlərinin qurbanı oldu”.
Muxalifet.az“RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki,bunuÇeçenistan Respublikasının başçısı Ramzan Kadırov bildirib.
“Bunu kim edərdi? Məhz istənilən yollarla Rusiyanın beynəlxalq təcridinə nail olmaq istəyən güclər”, -Kadırov deyib.
Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Rusiyanın Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovnikı Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib.
"The Times" qəzetinin yazdığına görə, Avropanın 20 dövləti "Skripal işi"nə görə, rusiyalı diplomatları ölkəsindən göndərməyə hazırdır. Rusiyaya qarşı tədbirlərin martın 26-dan başlayaraq həyata keçiriləcəyi bildirilir.