Kadırov koronavirus şübhəsi ilə nəzarətə götürüldü

Baxış sayı:
403

Rusiyanın Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov koronavirus şübhəsi ilə tibbi nəzarət altındadır.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Moskvanın tibb dairələrindəki mənbə bildirib.

“Kadırovda koronavirus şübhəsi yaranıb. O, həkimlərin nəzarətindədir”, - deyə mənbə qeyd edib.

Başqa bir mənbənin məlumatına görə, bu gün Qroznıdan Moskvaya çarter reysi ilə A-319 təyyarəsi uçub. Göyərtədə kimin olması barədə isə məlumat verilmir.