KADIROV HƏDƏLƏDİ – “Dilinizi qopararıq…”

Baxış sayı:
10189

Çeçenistan rəhbəri Ramzan Kadırov qonşu Dağıstan əhalisinə ziddiyyətli müraciət ünvanlayıb. “AzPolitika.info”Rusiya mətbuatına istinadla xəbər verir ki, Kadırov son günlər Dağıstanla Çeçenistan sərhədində baş verən insidentlə bağlı özünün sosial şəbəkədəki səhifəsində açıqlama paylaşıb.

Xatırladaq ki, Dağıstanın Kizlyar rayonundakı meşə ərazisində həmin yerin Çeçenistanın Şelkov rayonuna aid olduğuna dair nişan quraşdırılıb. Yerli əhali bununla bağlı etiraz aksiyası keçirərək, həmin nişanı söküblər. Dağıstanlılar bunu Çeçenistanın ərazi işğalı cəhdi kimi qiymətləndiriblər. Bununla yanaşı, sosial şəbəkələrdə hər iki tərəf bir-birinin ünvanına kütləvi şəkildə təhqirlər yağdırmağa başlayıblar.
İnsidentlə bağlı öncə Çeçenistan patrlamentinin sədri Maqomed Daudov kəskin bəyanatla çıxış edib.

5Buna cavab olaraq, Dağıstan Respublikasının başçısı Vladimir Vasilev açıqlama verib və bildirib ki, bəzi dağıstanlılar baş verənləri respublika ərazisinə qəsd kimi başa düşüblər: “Lakin belə bir şey yoxdur və ola da bilməz…”

Əvvəlcə Dağıstan xalqını provakasiyalara uymamağa çağıran və V.Vasilyevə öz mövqeyinə görə təşəkkür edən Ramzan Kadırov isə ardınca çeçenləri təhqir edən dağıstanlıları əməlli-başlı hədələyib: “Əgər mənim qanımı, nəslimi, xalqımı təhqir edirsinizsə, bunlar mənim üçün ən vacib olanlardır. Dilinizə, barmağınıza diqqət edin, yoxsa barmaqlarınızı sındırarıq, dilinizi qopararıq. Bir dənə də provakasiya xarakterli şərh qoymarıq. Siz məni yaxşı tanıyırsınız…”

Çeçenistan rəhbəri əlavə edib ki, nəyin bahasına olursa olsun respublika ərazilərini qoruyacaq. Bununla yanaşı Kadırov deyib ki, heç kimlə düşmənçilik və müharibə etmək istəmirlər və çeçenlər sadəcə, öz sərhədlərini qoruyurlar.

Qeyd edək ki, regional coğrafiya təşkilatının sədri Zurab Hacıyev mübahisəli ərazinin əslində Çeçenistana aid olduğunu bildirib. Və deyib ki, sadəcə olaraq, indiyə qədər həmin ərazidə yaşayan dağıstanlılar buranın Çeçenistan Respublikasının inzibati ərazisinə daxil olduğundan xəbərsizdirlər.
Xatırladaq ki, bundan öncə Çeçenistanın digər qonşusu İnquşetiya ilə də ərazi problemləri olub. Hətta bununla bağlı İnquşetiya paytaxtında etiraz aksiyaları da keçirilib.