​Kadırov: “ABŞ və İsrail bundan QORXUR”

Baxış sayı:
3775

"Qüdsün ABŞ-dakı səfirliyinin açılışı münasibətilə təntənəli mərasim və Qəzza sektorunda fələstinlilərin qan gölməçələri! 14 may 2018-ci il tarixə belə girəcək”.
Muxalifət.az xəbər verir ki, bunu ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsini və Fələstin-İsrail sərhədində baş verənləri şərh edən Rusiya Federasiyasının Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov özünün “Telegram-kanal”ında yazıb.
Kadırov qeyd edib ki, ABŞ-ın prezidenti Donald Tramp bu qərardan imtina olunmasını tələb edən müttəfiqlərinin fikrinə qulaq asmamaq barədə qərar verdi.
“ABŞ-ın Dövlət Administrasiyası Çeçenistan Respublikasında kimsə asqıran kimi reaksiya verir, amma İsrail tərəfindən tökülən ərəb qanına sakitcə baxır. ABŞ və İsrail Yaxın Şərqdə sülh və sabitliyin bərpasından qorxur. Münaqişə zonasında gərginliyin artmasına yönələn addımları başqa heç cür izah etmək mümkün deyil”, - respublikanın başçısı yazıb.
Bundan başqa, Kadırov əminliyini ifadə edib ki, Fələstin xalqını qorxutmaq mümkün olmayacaq və islam dünyası bütün Qüdsə ABŞ-ın faktiki nəzarəti ilə razılaşmayacaq.
Xatırladaq ki, mayın 14-də İsraildə yeni Amerika səfirliyinin açılış mərasimi keçirilib. Bununla əlaqədar olaraq İsrail-Fələstin sərhədində vəziyyət gərginləşib.