​Kabildə partlayış: hücumu kim etdi?

Baxış sayı:
3391

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.
Muxalifet.az xəbər verir ki, hadisə yerində polis araşdırma aparır. Partlayış nəticəsində ölən və yaralananların olub-olmadığı barədə məlumat verilməyib.
Hücumu hələlik heç bir təşkilat üzərinə götürməyib.
Qeyd edək ki, ötən bazar günü Kabilin qərbində bir seçki məntəqəsi yaxınlığında baş verən terakt aktı nəticəsində 31 nəfər ölmüş, 50-dən çox insan yaralanmışdı.