​Kabil yenə qana boyandı: Növbəti partlayış...

Baxış sayı:
865

Əfqanıstanın paytaxtı Kabildə keçirilən yürüş zamanı terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 3 nəfər ölüb.
Muxalifet.az xəbər verir ki, qanlı olayda 14 nəfərin də xəsarət aldığı deyilib.
Məlumata görə, partlayış əfqan mücahidlərindən olan Əhməd Şah Məsudun xatirəsinə həsr edilən yürüş zamanı baş verib.
Terror aktı ilə bağlı hələ ki, heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.