K​riminal avtoritet həbsdə öldü

Azərbaycanda məhbus ölüb.
APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılan, 1952-ci il təvəllüdlü Elxan Kərim oğlu Fərhadov xəstəlikdən dwnyasını dəyişib.
Kriminal aləmin üzvü olduğu bildirilən E. Fərhadov 2009-cu ildə Ağdaş rayonunda keçirilən toy mərasimində qanunsuz gəzdirdiyi “Makarov” tipli tapança ilə həmyerlisi, 1957-ci il təvəllüdlü Rahim Mətləb oğlu İbrahimovu güllələyərək qətlə yetirib.
 Məhkəmənin qərarı ilə o 15 il müddətinə azadlıqdan məhrum edilib.