​Jurnalistlərin sənədləri Prezident Adminstrasiyasına göndərildi

Yeni binadan ev almaq üçün müraciət edən jurnalistlərin sənədləri Prezident Adminstrasiyasına (PA) təqdim olunub.
 
Muxalifet.az AzVision.az-a istinadən xəbər verir ki, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış Komissiyaya sənədlərin qəbulu may ayının 22-dən iyun ayının 22-dək davam etdirilib. Bu müddət ərzində komissiyaya 850-ə yaxın jurnalist sənəd təqdim edib. Bundan əlavə KİV əməkdaşları tərəfindən mənzillərlə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına da müraciətlər edilib.
Qeyd edək ki, 2013-cü il, iyul ayının 22-də prezident İlham Əliyev Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən KİV əməkdaşları üçün Bakı şəhərinin Səbail rayonu ərazisində, Yeni Salyan yolunda 3 girişli, 17 mərtəbəli, 255 mənzildən ibarət daha bir bina inşa edilib.
Jurnalistlər üçün tikilən ikinci binadakı mənzillər bu ilin iyul ayının 22-də, Milli Mətbuat günündə sahiblərinə təqdim ediləcək.