Jurnalisti döyən Reynmen saxlanıldı - VİDEO

Baxış sayı:
15515

Əvvəlcə sosial şəbəkə fenomeni olan, daha sonra repçi kimi faəliyyət göstərməyə başlayan Reynmen (Yusuf Aktaş) ötən gün Türkiyə KİV nümayəndələrinə hücum edib. “Qafqazinfo” xəbər verir ki, ifaçı gecə saatlarında onu çəkən media üzvlərinə əsəbiləşib.

Məkanların birindən çıxan Reynmen Show TV-nin müxbiri Akif Yamanın “Necəsiz? Şou yazarlarına açıqlama vermirsiz, çox efirlərdə görünmürsüz. Bir az söhbət edə bilərik?” suallarına qıcıqlanıb. O, “Telefonları aşağı endirin” deyərək qışqırmağa başlayıb.

Daha sonra repçi onu çəkən “UçanKuş TV”nin əməkdaşı İsmayıl Şənin telefonunu əlindən alıb, görüntüləri silməyə başlayıb. Reynmen Akif Yamana yaxınlaşaraq ona sillə vurub.

KİV nümayəndələri polisə gedərək sənətçidən şikayətçi olublar. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq Sarıyer Polis Şöbəsinə gətirilib.

Reynmen polis avtomobilində media nümayəndələrinə gülümsəyərək poza verib. Onun bu addımı hər kəsin təəccübünə səbəb olub.