​Jurnalisti Ağdamda həbs etdilər – Açıqlama

Baxış sayı:
10672

Yeniçağ.az saytının əməkdaşı, jurnalist Səxavət Məmməd 10 sutkalıq həbs edilib.
Bu barədə BakuPost-a saytın baş redaktoru Aqil Ələsgər məlumat verib. O bildirib ki, Səxavət Məmməd Ağdam rayon məhkəməsinin qərarı əsasında 10 sutkalıq həbs edilib. 
Jurnalistin həbsinə səbəb onun 3 min manat məbləğində aliment borcu olmasıdır. O borcu ödəyəcəyini bildirsə də, məhkəmə onun barəsində inzibati həbs qərarı çıxarıb.
A.Ələsgərin fikrincə bu qərarjurnalistin yazıları ilə bağlıdır: "O, aliment verməkdən boyun qaçırmayıb. Sadəcə övladını ondan gizlətdikləri üçün gecikmə olub. Hesab edirik ki, bu məhkəmə kiminsə sifarişidir və sırf onun jurnalist fəaliyyəti ilə bağlıdır”.
Xatırladaq ki, Səxavət Məmməd "Nəcməddin Sadıkov pensiyaya göndərilir? – General üçün qərar anı” başlıqlı yazı hazırlamışdı.