Jurnalist Səhiyyə Nazirliyinin qarşısında paltarsız aksiya keçirdi – ŞOK SƏBƏB / VİDEO

Baxış sayı:
580

Jurnalist Teymur Kərimov Səhiyyə Nazirliyinin qarşısında səhiyyədəki rüşvətxorluğa və özbaşınalığa etiraz olaraq təkbaşına aksiya keçirib.  O, nazirliyin binası önündə paltarlarını soyunaraq, onları satışa çıxarıb. 

Qeyd edib ki, anası onkoloji xəstəliyə tutulub, ölüm ayağındadır. Onun müalicəsi, qanla təmin olunması üçün həkimlər külli miqdarda pul tələb edirlər. Artıq qan almağa, həkimlərə verməyə pul tapmadığı üçün paltarlarını Səhiyyə Nazirliyinin qarşısında satışa çıxarıb – belə bir aksiya ilə etirazını nümayiş etdirmək məcburiyyəti qarşısında qalıb. Bunula ölkə rəhbərliyinin və ictimaiyyətin dıqqətini səhiyyədəki acınacaqlı duruma cəlb etmək istəyib.

Ölkə səhiyyəsindəki rüşvətxorluq və özbaşınalıqlara görə nazir Oqtay Şirəliyevi günahlandıran jurnalist ona qarşı bir sıra ağır ittihamlar irəli sürüb. Naziri vəzifəsini yerinə yetirə bilməməkdə və sair məsələlərdə ittiham edib. 

sehiyye01

Jurnalist təxminən 20 dəqiqə yüksək səslə nazirin və Səhiyyə Nazirliyinin ünvanına bir çox ittihamlar səsləndirsə də, nazirlikdən heç kim onunla maraqlanmayıb.

Sonra polislər hadisə yerinə gələrək, jurnalisti bölməyə aparıblar./azpolitika.info