Jurnalist müxbirə hücum edən şəxsi duelə çağırdı

Jurnalist Roman Çetin “NTV” telekanalının müxbiri Nikita Razvozjayevə hücum edən şəxsi təkbətək döyüşə çağırıb.
 
Bu barədə jurnalist sosial şəbəkələrdəki hesablarında yazıb.
“Sosial şəbəkələrdə mən həmin şəxsə müraciət edərək, onu duelə çağırdığımı və istənilən vaxt onunla döyüşməyə hazır olduğumu bildirmişəm. Lakin bu döyüş hardasa bağlı qapılar arxasında deyil, tamaşaçıların da izləyə biləcəyi xüsusi meydanda təşkil olunmalıdır. Onun seçəcəyi istənilən şəhərdə döyüşməyə hazıram”, - Çetin bildirib.
Xatırladaq ki, 2 avqustda canlı yayım zamanı 32 yaşlı Moskva sakini Aleksandr Orlov sərxoş halda “NTV” telekanalının müxbirinə hücum etmişdi.